EN

“Neftçi” “Kəpəz”lə oyuna itki ilə çıxacaq

“Neftçi” Misli Premyer Liqasının XXV turunda “Kəpəz”lə oyuna itki ilə çıxacaq.

Klubdan "Ölkə.az"a verilən məlumata görə, “ağ-qaralar”ın futbolçusu Andrey Ştoqrin zədə səbəbindən Gəncə təmsilçisi ilə qarşılaşmada komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, martın 5-də Tovuz şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Neftçi” görüşü saat 17:00-da başlayacaq.

Chosen
69
3
olke.az

10Sources