EN

Kanada ABŞ mallarına qarşı 25 faiz rüsum tətbiq edəcək

Bakı. Trend:

Kanada 155 milyard dollarlıq ABŞ mallarına qarşı 25 faiz rüsumtətbiq edəcək.

Trend xəbər verir ki, bubarədə Kanadanın Baş naziri Castin Trüdo keçirdiyi mətbuatkonfransında deyib. O, ABŞ-ın Kanadaya tətbiq etdiyi və qüvvəyəminən rüsumlar üçün heç bir əsasın və zərurətin olmadığınıdeyib.

“Birləşmiş Ştatlar ən yaxın tərəfdaşı və müttəfiqi olan Kanadayaqarşı ticarət müharibəsi başladı. Kanadalılar ağıllı vənəzakətlidir, lakin biz mübarizədən geri çəkilməyəcəyik”, - deyəBaş nazir bildirib.

Castin Trüdonun sözlərinə görə, 30 milyard dollar dəyərində ABŞmallarına dərhal, digər 125 milyard dollarlıq mallara isə 21 günərzində rüsum tətbiq ediləcək.

O, əlavə edib ki bu tariflər ABŞ-ın tarifləri geri götürülənəqədər qüvvədə qalacaq.

Chosen
173
3
az.trend.az

10Sources