Ramazanda qidalanma dəyişikliyinə görə mədə problemləri yaşaya bilərsiniz.
Axar.az Medicina.az-a istinadən xəbər verir ki, Ramazanda şişkinlik, qaz, mədə yanması kimi müxtəlif problemlərin qarşısını almaq üçün dərman əvəzinə təbii üsullara üstünlük verilir.
Belə ki, tahin mədənin təbii qoruyucusudur. Qazın, yanmanın və ağrının qarşısını alır. Sahurun bir qaşıq tahinlə bitirilməsi toxluq hissi verir, qan şəkərini tarazlaşdırır, mədəni rahatladır.