EN

Tramp Castin Trüdoya xəbərdarlıq edib

Ottava Amerika mallarına qarşı cavab tədbirləri tətbiq edərsə, ABŞ səlahiyyətliləri Kanadaya qarşı tarifləri dərhal artıracaq.

“Report” xəbər verir ki, bu barədə Amerika prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

“Lütfən, Kanadanın qubernatoru (Kanadanın Baş naziri Castin Trüdo) Trüdoya izah edin ki, o, ABŞ-yə cavab addımları atacağı təqdirdə bizim cavab tariflərimiz dərhal eyni məbləğdə artacaq”, - deyə Tramp bildirib.

Qeyd edək ki, martın 4-də ABŞ Administrasiyası Kanada və Meksikadan idxal edilən demək olar ki, bütün məhsullara 25% gömrük rüsumları tətbiq edib, həmçinin Çindən gələn mallara rüsumları 10%-dən 20%-ə qaldırıb.

Castin Trüdo isə keçirdiyi mətbuat konfransında deyib ki, ölkəsi 155 milyard dollarlıq ABŞ mallarına qarşı 25 faiz rüsum tətbiq edəcək. Onun sözlərinə görə, 30 milyard dollar dəyərində ABŞ mallarına dərhal, digər 125 milyard dollarlıq mallara isə 21 gün ərzində rüsum tətbiq ediləcək.

Chosen
179
2
report.az

10Sources