EN

Çində əhalinin sayı azalır

Bakı. Trend:

Son 3 ildir Çində nikahların və yenidoğulanların sayınınazalması, ölümlərin sayının isə çoxalması fonunda əhalinin sayı daazalır.

Trend xəbər verir ki, MilliStatistika Bürosu Çinin ümumi əhalisinin 2023-cü ildəki 1,409milyarddan 2024-cü ildə 1,39 milyon nəfər azalaraq 1,40828 milyardnəfərə düşdüyünü açıqlayıb.

Çində 1980-ci ildən 2015-ci ilə qədər həyata keçirilən “hərailəyə bir uşaq” siyasəti və sürətli urbanizasiya səbəbindən doğumnisbəti onilliklər ərzində azalmaqda davam edir. 2024-cü ildə Çindəyaşı 65-dən yuxarı olanların sayı ölkə əhalisinin 15,6 faizinitəşkil edib. Proqnozlara görə, bu rəqəm 2031-ci ildə 20 faizəçatacaq və bununla Çin “super yaşlı cəmiyyət”ə çevriləcək. Buneqativ tendensiya davam edərək, 2050-ci ildə 29,5 faizə, 2086-cıildə isə 42,4 faizə çatacaq. Əhalinin ümumi sayının, o cümlədənəməkqabiliyyətli insanların sayının azalmasının, təqaüdçülərinsayının isə çoxalmasının iqtisadiyyata, eləcə də dövlət büdcəsinəneqativ təsirləri qaçılmazdır. Hazırda Çinin dövlət və özəl pensiyafondlarındakı vəsaitlərin ümumi məbləği 1,45 trilyon dollardır.Ekspertlər hesab edir ki, bu məbləğ gələcək 5-10 il ərzindətələbatı ödəyə bilməyəcək və təxminən bir o qədər əlavə vəsaitəehtiyac yaranacaq.

Chosen
62
4
az.trend.az

5Sources