Sea Breeze

ABŞ Prezidenti Donald Tramp Ottavanın cavab tədbirləri görəcəyi təqdirdə ABŞ-nin Kanadaya tarifləri artıracağını bildirib.

Ağ Evin rəhbəri bu barədə “Truth” sosial şəbəkə hesabında paylaşım edib.

“Zəhmət olmasa Kanadanın Baş naziri Trudoya izah edin ki, o, ABŞ-yə cavab rüsumunu tətbiq edəndə bizim cavab tarifimiz dərhal eyni məbləğdə artacaq”, – Tramp qeyd edib.

Qeyd edək ki, martın 4-dən ABŞ-nin Kanada və Meksikadan idxala tətbiq etdiyi 25% tarifləri qüvvəyə minib.

Trüdo isə cavabında ABŞ-dən idxala eyni rüsum tətbiq edəcəyini deyib.

“Kanada ABŞ Prezidenti Donald Trampın başlatdığı ticarət müharibəsinə cavab olaraq, 155 milyard dollar dəyərində Amerika mallarına 25 faizlik rüsum tətbiq edəcək”, – Trüdo “X” hesabında yazıb.

ETX
ETX
ETX