Vladimir Zelenskinin ABŞ-dan silah tədarükünün dayandırılmasından sonra danışıqlar masasına oturub-oturmayacağını proqnozlaşdırmaq mümkün deyil.
Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Ukraynaya hərbi yardımı dayandırmasını şərh edərkən deyib.
"Mən bu insanın beyninə girə bilmərəm, o, heç insan da deyil”, - Lavrov bildirib.
Qeyd edək ki, Donald Tramp ötən gündən Ukraynaya bütün hərbi yardımları dayandırıb.