EN

El Salvador prezidenti “Bitcoin” almağa davam edəcəklərini söyləyib

El Salvador prezidenti Nayib Bukele ölkənin strateji ehtiyatlarını gücləndirmək üçün “Bitcoin” almağa davam edəcəklərini açıqlayıb.

İki sahil” xəbər verir ki, o, “X” hesabında yaydığı açıqlamada bildirib: "Dünya bizi kənarlaşdırdığı və “Bitcoin” istifadəçilərinin çoxu bizi tərk etdiyi zaman biz dayanmadıqsa, indi dayanmayacağıq və gələcəkdə də dayanmayacağıq".

Yerli mətbuatın yazdığına görə, “Bitcoin” 2021-ci ildə qanuni ödəniş vasitəsi kimi qəbul edilsə də, ölkədə gözlənilən diqqəti görməyib.

Bitcoin.gob.sv/es saytındakı məlumatlara görə, El Salvadorun ehtiyatında ümumi dəyəri 534 milyon dollardan çox olan 6101 “Bitkoin” var.

Digər tərəfdən, yanvarın sonunda El Salvador Qanunvericilik Məclisi “Bitcoin” Qanununa dəyişiklik edərək, bizneslərin bu kriptovalyutanı qəbul etmə öhdəliyini aradan qaldırdı.

Bundan əlavə, onun istifadəsində dövlətin roluna xitam verildi və “Bitcoin”in qanuni ödəniş vasitəsi olduğuna dair istinadlar qanunun mətnindən çıxarıldı.

Son sorğular göstərir ki, Salvadorluların 91,8 faizi 2024-cü ilə qədər “Bitcoin” istifadə etməyəcək.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
39
1
ikisahil.az

3Sources