EN

"İndiki gənclər öyrətməklə ağıllı olmayacaq"- Sənubər İsgəndərli

"Mən öyrətməkdən uzağam. Qarşıma birini çıxarıb deməyin ki, “həyat budur”, “sən belə olmalısan”, “biz belə etmişik”, “biz elə etmişik, elə də etməliyik”. Bu əsasən anaların qızlarına dediyi bir şeydir. “Sən ana olanda biləcəksən həyat nədir” və ya sonra görürəm ki, qızım öz övladına deyir: “Ana olanda biləcəksən.”

News365.az xəbər verir ki, əməkdar artist Sənubər İsgəndərli bu sözləri "Pərvizə görə" verlişində deyib. 

"Amma insan təkcə öyrətməklə ağıllı olmayacaq. Xüsusilə də gənclər bunu qəbul etməyəcək. Çünki biz də gənc olmuşuq. Bizə nə isə deyirdilər, bir qulağımızdan girirdi, o biri qulağımızdan çıxırdı, üstəlik bir az da söhbət edirdik.

Əgər doğrudan da kömək etmək istəyirsənsə, bəlkə də onun getdiyi yolu – özü də hiss etmədən – bir az dəyişmək olar. Diplomatik üsullarla, müəyyən fikirlərlə, ifadələrlə, sözlərlə."

Chosen
33
news365.az

1Sources