EN

DİM Dövlət Xidmətində işə qəbulla bağlı test imtahanı keçirəcək

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi tərəfindən 7 mart 2025-ci il tarixindəSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqihərbi xidmətə və mülki işə qəbul ilə bağlı müsabiqənin testimtahanı keçiriləcək.

Trend xəbərverir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahan Bakı şəhərində DİM-in elektron imtahanlarkorpusunda (Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı)kompüterlər vasitəsilə keçiriləcək. İmtahana qeydiyyat 2025-ci ilfevralın 24-dən martın 2-dək aparılıb və bu müddət ərzində 100namizəd qeydiyyatdan keçib.

"İmtahan saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələnnamizədlər imtahana buraxılmırlar. İmtahanın davametmə müddəti 3saatdır.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlərDİM-in internet saytına daxil olaraq “İmtahanaburaxılış vərəqəsi”ni çap edə bilərlər. Buraxılış vərəqəsindəimtahan yeri, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlargöstərilib.

Namizədlər imtahana gələrkən aşağıdakı sənədlərigətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

İmtahanda namizədlərə qanunvericilik üzrə 40, Azərbaycan diliüzrə 10, informatika üzrə 20, Azərbaycan Respublikasının tarixi vəcoğrafiyası üzrə 15, məntiqi təfəkkürün müəyyən edilməsi üzrə 15olmaqla, ümumilikdə 100 qapalı tipli test tapşırığı təqdimolunacaq. Hər doğru cavablandırılmış test tapşırığı 1 ballaqiymətləndirilir. Səhv cavablar doğru cavabların nəticəsinə təsirgöstərmir. İmtahanda toplanıla bilən maksimal bal 100-ə bərabərdir.Test imtahanında müvəffəqiyyət qazanmaq üçün həqiqi hərbi xidmətəqəbul olunmaq istəyənlər ən az 60, mülki işə qəbul olmaq istəyənlərisə ən az 50 bal toplamalıdırlar",- deyə məlumatda qeyd edilib.

Chosen
28
13
az.trend.az

10Sources