EN

“Real” “Atletiko”nu məğlub etdi, “Arsenal”dan 7 qollu qələbə – ÇL


Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda İspaniya çempionu və Çempionlar Liqasının sonuncu qalibi “Real Madrid” Madrid derbisində “Atletiko Madrid”i qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.
Yeniavaz.com
xəbər verir ki, “Kral klubu”nda braziliyalı hücumçu Rodriqo və mərakeşli yarımmüdafiəçi Brahim Diaz fərqlənib.
Dieqo Simeonenin komandasında isə qolu argentinalı hücumçu Xulian Alvareş vurub.
Gecənin ən yaddaqalan görüşü isə Niderlandda baş tutub. Belə ki, London “Arsenal”ı səfərdə PSV-ni 7-1 hesabı ilə məğlub edib.
“Borussiya Dortmund” və Fransanın “Lill” klublarının qarşılaşmasında isə qalib müəyyənləşməyib – 1:1.
Həmçinin İngiltərənin “Aston Villa” klubu səfərdə Belçikanın “Brügge” klubunu 3:1 hesabı ilə məğlub edib.
Chosen
39
yeniavaz.com

1Sources