EN

4 nəfər faciəli şəkildə öldü: 3-ü bir ailənin üzvüdür

Göygöldə dörd nəfər dəm qazından zəhərlənərək ölüb.

KONKRET.az bildirir ki, hadisə rayonun Aşıqlı kəndində olub.

Bildirilib ki, hadisə nəticəsində ölən şəxslər 1990-cı il təvəllüdlü S.Müseyibova, 1999-cu il təvəllüdlü S.Hüseynli, onun bacıları 2000-ci il təvəllüdlü M.Hüseynova və 2004-cü il təvəllüdlü X.Hüseynovadır.

Onlar həmin evdə kirayə qalırdılar.

Faktla bağlı araşdırma aparılır.

Chosen
11
7
konkret.az

8Sources