1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Real Madrid" ötən axşam UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda öz meydanında "Atletiko Madrid"i 2:1 hesabı ilə məğlub edib.
Oxu.Az "Opta"ya istinadən xəbər verir ki, bu qələbə "kral klubu"nun Çempionlar Liqası tarixində 300-cü zəfəri olub.
Mənbə təsnifat mərhələsinin oyunlarını nəzərə almayıb.
Beləliklə, "Real Madrid" Avropanın ən nüfuzlu klub yarışında 300 qələbə qazanan ilk klub olub. "Bavariya" ikinci yerdədir, lakin Münhen komandası çox geridədir - 237 qələbəsi var. Bu baxımdan, kiminsə nə vaxtsa "Real Madrid"ə çata biləcəyini söyləmək çətin görünür.
Qeyd edək ki, "Real Madrid" tarixində 15 dəfə qitənin əsas kubokunu başı üzərinə qaldırıb.