EN

Ürək üçün faydalı QİDALAR - SİYAHI

Sağlam həyat üçün güclü ürəyə sahib olmaq vacibdir.

Bizim.Media xəbər verir ki, ürək sağlamlığını qorumağın əsas yollarından biri də düzgün qidalanmadır.

Ürəyə faydalı olan qidalar arasında omega-3 ilə zəngin balıqlar, pomidor, alma, portağal, ispanaq, sarımsaq, paxlalılar və zeytun yağı xüsusi yer tutur.

Mütəxəssislər bildirir ki, bu qidalar ürək-damar sistemini qoruyaraq infarkt riskini azalda bilər. Bununla yanaşı, sağlam həyat tərzi də böyük əhəmiyyət daşıyır – aktiv olmaq, stressdən uzaq durmaq və keyfiyyətli yuxu rejimi ürək sağlamlığını qorumağa kömək edir.

Ürək üçün ən faydalı qidalar

Omega-3 ilə zəngin balıqlar: Somon, ton balığı və alabalıq qan təzyiqini tənzimləyir və damar sağlamlığını qoruyur.

Pomidor: Tərkibindəki likopen antioksidantı sayəsində qan dövranını yaxşılaşdırır və pis xolesterolu azaldır.

Portağal, alma, üzüm, mango: Vitamin və liflə zəngin bu meyvələr ürək sağlamlığını dəstəkləyir.

Sarımsaq: Təbii antibiotik hesab olunan sarımsaq, qan təzyiqini aşağı salmağa və xolesterolu tənzimləməyə kömək edir.

Quru meyvələr: Qoz, badam və fındıq ürək üçün faydalı yağlarla zəngindir.

Tam taxıllar və paxlalılar: Qan şəkərini və pis xolesterolu tənzimləyən qidalar arasında yer alır.

Zeytun yağı: Təbii və sağlam yağ mənbəyi olan zeytun yağı damarları qoruyur.

Ürək sağlamlığını necə qorumalı?

Ürək sağlamlığını qorumaq üçün balanslı qidalanma, mütəmadi idman, stressdən uzaq durmaq və normal yuxu rejimi əsas faktorlardır. Bundan başqa, fast-food və işlənmiş qidalardan çəkinmək, duz istehlakını azaltmaq və siqaret-alkoqoldan uzaq durmaq tövsiyə olunur.

Mütəxəssislər vurğulayır ki, sağlam qidalanma vərdişləri və nizamlı həyat tərzi sayəsində ürək xəstəlikləri riskini azaltmaq mümkündür. (Pravda.az)

Bizim.Media

Chosen
10
2
bizim.media

3Sources