EN

Tramp ABŞ-nin Ukraynaya yardımlarını uşağın əlindən alınan konfetlə müqayisə edib

ABŞ prezidenti Donald Tramp sələfi Co Baydenin ABŞ-nin Ukraynaya hərbi yardım üçün ayrılan nəhəng büdcə vəsaitini dayandırmağını uşağın əlindən alınan konfetlə müqayisə edib...

Poliqon xəbər verir ki. bu barədə Tramp ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatında ölkədəki vəziyyət, daxili və xarici siyasətin prioritet istiqamətləri ilə bağlı müraciətində danışıb.

Tramp qey edib ki, sələfi Bayden Ukraynadakı hərbi əməliyyatlara Avropa Birliyindən daha çox pul ayırıb. ABŞ prezidenti qeyd edib ki, Bayden Adminstrasiyası bir dəfə də olsun Avropadakı həmkarlarına Ukraynaya yardımı paritet əsasda həyata keçirməyi deməyib.

Tramp təəssüf hissi ilə qeyd edib ki, ABŞ Ukraynaya 350 milyard vəsait xərcləyib.

Qeyd edək ki, rəsmi sənədlərdə Avropa Birliyinin ABŞ ilə paritet əsaslarda Ukraynaya yardım etdiyi görünür və hər iki tərəf Ukraynaya 100 milyraddan bir qədər çox hərbi və maliyyə yardımı göndrib.

Poliqon.info

Chosen
10
poliqon.info

1Sources