Yaşayış binasının beşinci mərtəbəsindən yerə yıxılan yeniyetmə sağ qalıb.
Sherg az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax şəhərində qeydə alınıb.
İntihara cəhd etdiyi ehtimal olunan 14 yaşlı Fərid İsmayilov Yevlax rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Fakt Yevlax rayon prokurorluğunda araşdırılır.