EN

Avropa “Türk axını” ilə idxalı artırır - Daha çox qaza ehtiyac yaranıb

2025-ci ilin fevralında “Türk axını” qaz kəməri ilə Rusiyadan Avropa İttifaqına qaz tədarükü 1,55 milyard kubmetrə çatıb ki, bu da bir il əvvəlkindən 26% çoxdur. 

 

Sfera.az xəbər verir ki, bu, boru kəmərinin 2020-ci ildə istifadəyə verilməsindən bəri rekord göstəricidir. 

 

Yanvar-fevral aylarında bu marşrut üzrə qaz ixracı 26,5% artaraq 3,1 milyard kubmetrə çatıb. Müqayisədə bu il “Türk axını” ilə qaz ixracı ötən ilin göstəricilərindən 29% çoxdur. 

 

Tədarükün artmasının əsas səbəbi Avropada havaların soyuq keçməsi, qaza tələbatın artması və yeraltı anbarlardakı ehtiyatların azalması ilə bağlıdır. Martın 2-nə Avropanın yeraltı qaz anbarları 38% dolu olub ki, bu da ötənilki səviyyədən (62%) xeyli aşağıdır. Mütəxəssislər proqnozlaşdırırlar ki, Avropo İttifaqı qaz ehtiyatlarını artırmalı olduğu üçün tədarükün yüksək səviyyəsi yaxın aylarda da qalacaq. Buna görə də 2025-ci ildə “Türk axını” ilə ixrac 18-19 milyard kubmetrə çata bilər. Bu da 2024-cü ilin göstəricilərindən 8-14% çoxdur.

 

Vasif

Chosen
25
sfera.az

1Sources