EN

Təxminən 3 həftə “istirahət edəcək”

“İnter”in aparıcı oyunçularından biri müəyyən müddətə sıradan çıxıb.

Müdafiəçi Federiko Dimarko zədələnib. O, A seriyasının “Napoli” ilə matçında (1:1) sıradan çıxıb.

Təcrübəli futbolçu təxminən üç həftə yaşıl meydanlardan kənarda qalacaq. Klubun yaydığı məlumatda onun yaxın günlərdə yenidən tibbi müayinədən keçəcəyi bildirilib.

Federiko bu mövsüm meydana çıxdığı 34 matçda 4 qol vurub və 7 məhsuldar ötürmə edib.

Chosen
64
football-plus.az

1Sources