EN

“Ən yaxşı komanda Çempionlar Liqasını qazanandır”

“Liverpul”un baş məşqçisi Arne Slot Çempionlar Liqasında PSJ-yə qarşı keçirəcəkləri 1/8 final mərhələsinin oyunundan öncə fikirlərini bölüşüb.

Futbolpress.az “RMC Sport”a istinadən xəbər verir ki, mütəxəssis Avropanın ən yaxşı komandası olmadıqlarını deyib:

“Ən yaxşı komanda Çempionlar Liqasını qazanandır. Həqiqətən, biz indi qaliblər sırasında deyilik. İndi Avropanın ən yaxşısı “Real”dır. Çünki ötən il Çempionlar Liqasını qazanıb. İnsanlar istədiklərini deyə bilərlər, lakin reallıq var. Ən yaxşı adına layiq olmaq üçün turniri qazanmalıyıq”.

PSJ – “Liverpul” oyunu saat 00:00-da start götürəcək.

Chosen
58
futbolpress.az

1Sources