EN

Rafael Fiziyev: “Rədd cavabından sonra özümə bir kiloqram dondurma aldım”

“Den Hukerin zədələndiyini və döyüşdən kənarlaşdırıldığını biləndə dərhal rəhbərliyə onu əvəz edə biləcəyimi bildirdim".

İdman.biz xəbər verir ki, bu sözləri azərbaycanlı qarışıq döyüş ustası Rafael Fiziyev martın 8-də Las-Veqasda Castin Qetjiyə qarşı döyüşün necə alınması barədə "MMA News"a danışarkən deyib.

O, əvvəlcə rədd cavabı aldğını etiraf edib: "Əvvəlcə imtina etdilər. Mən də gedib özümə bir kiloqram dondurma aldım. Ertəsi gün isə zəng vurub dedilər ki, Veqasa uçum”.

Qeyd edək ki, yeni zelandiyalı Huker əlindən aldığı zədə səbəbindən UFC 313-də Qetji ilə döyüşdən imtina edib. Qısa müddətdə Fiziyev onu əvəz etməyə razılaşıb. 2022-ci ildə Qetji ilə döyüşən həmyerlimiz ona uduzub.

İdman.biz

Məqalədə:
Chosen
27
idman.biz

1Sources