EN

Türkiyənin 20-dən çox şəhərində İŞİD-ə qarşı əməliyyat keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyə polisi İŞİD üzvlərinə qarşı "Gürz-26" adlı əməliyyat keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlə naziri Əli Yerlikaya özünün "X" platformasında paylaşım edib.
Məlumatda qeyd olunur ki, əməliyyat nəticəsində İŞİD üzvü olmaqda şübhəli bilinən 47 nəfər saxlanılıb. Türkiyənin 20-dən çox şəhərində keçirilən əməliyyatlar nəticəsində İŞİD təşkilatına məxsus sənədlər və rəqəmsal materiallar ələ keçirilib.
Chosen
60
38
oxu.az

10Sources