EN

Gecəki tonqal həkimin maşınını yandırdı - Video

Bu səhər Bakıda həkimin maşını yanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının yaxınlığında qeydə alınıb. Yanğınla bağlı görüntüləri redaksiyamıza göndərən şahidlər bildiriblər ki, yanğına səbəb ötən axşam Od çərşənbəsi münasibətilə yolun ortasında qalanan tonqal olub.

Onların sözlərinə görə, tonqal tam sönmədiyi üçün səhərə közərtiləri qalıb. Belə ki, klinikanın həkimi avtomobilini saxladıqdan bir neçə dəqiqə sonra yanğın başlayıb. 

Hadisə yerinə FHN-nin qüvvələri cəlb olunub.

Chosen
30
10
qafqazinfo.az

10Sources