EN

“Sədərək” Firması cərimələnə bilər

“Sədərək” Firması ilə bağlı ilə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb.

Tribunainfo.az xəbər verir ki, “Sədərək” Firması İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

“Sədərək”lə bağlı iş baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilib. 7 mart tarixində hakim Teymur Qurbanovun sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, cərimələnməsi gözlənilən “Sədərək” Firması 1995-ci ildə dövlət qeydiyyatına alınıb. Firmanın qanuni təmsilçisi Yunis Qədimbəylidir. O, “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin qardaşıdır.

Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar

Chosen
45
tribunainfo.az

1Sources