EN

ABŞ-da fırlanan detonasiya mühərrikinin bir sıra sınaqları tamamlanıb

RTX korporasiyasının tərkibinə daxil olan “Pratt & Whitney” şirkəti RTX Texnologiya Tədqiqat Mərkəzi ilə birlikdə fırlanan detonasiya mühərrikinin (RDE – rotating detonation engine) bir sıra sınaqlarını tamamlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə RTX korporasiyası məlumat yayıb.

Məlumatda bildirilib ki, müsbət sınaq nəticələri əlavə daxili investisiyaların ayrılmasına da təkan verir.

Fırlanan detonasiya mühərrikləri ənənəvi turbojet və ya turbofan mühərriklərindən fərqli termodinamik dövrədən istifadə etmələri və hərəkət edən hissələrə ehtiyac duymamaları ilə fərqlənir. Nəticədə yüksək istilik səmərəliliyi və performans əldə edilir ki, bu da mühərrikin kiçik, kompakt və sərfəli olmasına imkan yaradır. Bu xüsusiyyətlər əlavə yanacaq, sensorlar və faydalı yüklər üçün yer açır. Eyni zamanda, bu, gələcək müdafiə tətbiqləri üçün kritik əhəmiyyət kəsb edən aviasiya vasitəsinin daha uzun mənzilli olmasına da imkan verə bilər.

Chosen
18
poliqon.az

1Sources