Azərbaycan Cüdo Federasiyası (ACF) kişi cüdoçular arasında rəqabət səviyyəsinin yüksəldilməsi, onların ustalığının və yarış təcrübəsinin artırılması məqsədilə yeni ACF Turuna başlayır.
Apasport.az xəbər verir ki, bu barədə Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Növbəti belə yarış martın 6-da Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçiriləcək. Turnirdə 40 klub və idman cəmiyyətindən 278 cüdoçu 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, cari ildə üç belə yarışın təşkili planlaşdırılır. Yekunda idmançıların reytinq siyahısı formalaşacaq.
Boksçularımız "Adriatik incisi”ndə mübarizə aparacaqlar
Dörd boksçumuz beynəlxalq turnirdə yarımfinala yüksəlib
Boksçularımız beynəlxalq turnirdə 1/4 finala yüksəlib
Üç boksçumuz beynəlxalq turnirə qələbə ilə start verib
Azərbaycan boksçuları “Drakula Open”də 9 medal qazanıb