EN

Bakiç "Şamaxı"nın tarixinə düşdü

“Şamaxı” Azərbaycan çempionatlarında 850-ci qolunu vurub. 

Fanat.Az xəbər verir ki, bu, Misli Premyer Liqasının XXV turuna təsadüf edib.

Ayxan Abbasovun yetirmələri səfərdə “Səbail”ə 2:0 hesabı ilə qalib gəlib.

Bu görüşdəki ilk qol bölgə təmsilçisi üçün yubiley xarakteri daşıyıb. 850-ci topun müəllifi Vasiliye Bakiç olub. Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşıyan komanda 682-ci görüşdə bu göstəriciyə çatıb. Vurulan 851 qoldan 458-i evdə, 393-ü səfərdə qeydə alınıb.

Qeyd edək ki, “Şamaxı” bu göstəricidə yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”dən geri qalır.

Chosen
11
15
fanat.az

10Sources