EN

Neft Emalı Zavodunda yanğın söndürülüb - Video - Yenilənib

Yanğın geniş sahəyə yayılmasına imkan verilmədən FHN qüvvələri tərəfindən tam söndürülüb.

***

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.

Qeyd olunub ki, polis əməkdaşları tərəfindən ərazi mühafizəyə götürülməklə bütün zəruri təhlükəsizlik tədbirləri görülür.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə martın 5-də saat 10:00 radələrində Nizami rayonu, Neft emalı zavodu ərazisindən yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

Chosen
126
28
hurriyyet.az

10Sources