Mənbələrin məlumatına görə, London ABŞ-ni Kiyevə hərbi yardımı bərpa etməyə inandırmaq üçün bütün səviyyələrdə səylər göstərir.
Bundan əvvəl Makron və Starmer Ukraynada hava, dəniz və enerji infrastrukturu ilə bağlı bir aylıq atəşkəs təklifi irəli sürmüşdülər. Lakin Rusiya rəsmiləri bu planın Rusiya ordusunu zəiflətmək və Ukraynadan resursların çıxarılmasına şərait yaratmaq məqsədi daşıdığını iddia edirlər.
ABŞ prezidenti Donald Tramp Zelenskidən tezliklə sülh danışıqlarına başlamağa hazır olduğunu bildirən məktub aldığını açıqlamışdı. Starmer isə Britaniya qoşunlarının Ukraynada yerləşdirilməsinə tərəfdar olduğunu və Avropanın Kiyevi silahlandırmağa davam edəcəyini vurğulamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31