Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakı şəhərinin şimal girişində yerləşən və "Şamaxinka" kimi tanınan ərazidəki tunelin qəzalı vəziyyətdə olmasına dair görüntüyə münasibət bildirib.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq AAYDA-nın Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirilib ki, sözügedən tuneldə heç bir təhlükə yoxdur:
"Üzlük daşlarının bir hissəsi qopub. Yerinə bərpa olunacaq".
Mənbə: oxu.az