EN

Xidmət rəsmisi: "Son illər Azərbaycanın su ehtiyatları 20 %-ə qədər azalıb"

Son illər Azərbaycanın su ehtiyatları 20 %-ə qədər azalıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Kadastr şöbəsinin müdiri Rafiq Verdiyev bildirib.

Onun sözlərinə görə, xüsusilə transsərhəd çaylarının sularının 40-45 %-i ölkəyə daxil olmur.

"Biz yerli sulardan səmərəli istifadə edərək su itkilərinin qarşısını ala bilərik. Bu problem sovet dövründə də var idi. Kür-araz ovalığında sudan həddən artıq istifadə nəticəsində böyük ərazilərdə şoranlaşmalar aşkarlanırdı", - deyə o qeyd edib.

Chosen
15
report.az

1Sources