EN

Çinin Vaşinqton səfirliyindən Trampın tarifinə cavab: “ABŞ müharibə istəyirsə, sona qədər döyüşməyə hazırıq”

Çinin Vaşinqtondakı səfirliyi ABŞ prezidenti Donald Trampın gömrük rüsumlarını 10 faizdən 20 faizə qaldırması ilə bağlı açıqlama verib.

Editor.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien-in mövzu ilə bağlı yazısı yenidən paylaşılıb və bəzi sözlər vurğulanıb.

Səfirliyin sosial media hesabında yer alan paylaşımda Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien-in Vaşinqtonun bu addımı ilə bağlı sözləri retvit edilib və o deyib: “Fentanil məsələsi ABŞ-ın Çin idxalına tətbiq etdiyi tarifləri artırmaq üçün əsassız bir bəhanədir. Hüquqlarımızı və maraqlarımızı qorumaq üçün gördüyümüz əks tədbirlər tamamilə qanuni və zəruridir. Birləşmiş Ştatlardakı fentanil böhranına görə heç kim deyil, Birləşmiş Ştatlar məsuliyyət daşıyır. Biz ABŞ-a bu problemin həllində kömək etmək üçün addımlar atdıq, lakin onlar bizim səylərimizi qiymətləndirmək əvəzinə günahı Çinin üzərinə atmağa çalışdılar. Tarif artımı ilə Çinə təzyiq və şantaj etməyə çalışır. Onlara kömək etdiyimiz üçün bizi cəzalandırırlar. Hədə-qorxu bizi qorxutmur…Əgər ABŞ-ın istədiyi müharibədirsə, istər tarif müharibəsi, istər ticarət müharibəsi, istərsə də hər hansı başqa müharibə, biz sona qədər mübarizə aparmağa hazırıq”.

//Gülnarə Abasova, Editor.az

 

Chosen
24
editor.az

1Sources