EN

Çin ABŞ-yə qarşı hər cür mübarizəyə hazır olduğunu bildirib – ÖZƏL

əÇinin ABŞ-dəki səfirliyi Vaşinqtonun Pekinlə qarşıdurma axtardığı təqdirdə, Çinin sonadək mübarizə aparmağa hazır olduğunu bəyan edib.

Olaylar.az xəbər verir ki, səfirliyin mətbuat xidməti sosial şəbəkə platforması X-də yazıb: "Əgər ABŞ doğrudan da fentanil məsələsini həll etmək istəyirsə, onda Çinə bərabər tərəfdaş kimi yanaşmalıdır. Əgər ABŞ ticarət müharibəsi, rüsum müharibəsi və ya hər hansı başqa müharibə istəyirsə, biz sonadək mübarizə aparmağa hazırıq."

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian da bildirib ki, Çin qarşıdakı ticarət müharibəsində ABŞ-yə qarşı dayanmağa hazırdır. O, Vaşinqtonu "dominant siyasətdən əl çəkməyə və dialoq və əməkdaşlıq yoluna qayıtmağa" çağırıb.

Çinin Dövlət Şurasının hazırladığı hökumət hesabatında isə Pekinin fentanil ilə bağlı "genişmiqyaslı tədbirlər həyata keçirdiyi və qaçaqmalçılıq, istehsal və ticarətə qarşı sərt mübarizə apardığı" qeyd edilib.

ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Çin mallarına tətbiq edilən gömrük rüsumlarını 10%-dən 20%-ə qaldıran sərəncam imzalayıb. O, Pekinin fentanilin ABŞ-yə qeyri-qanuni gətirilməsinə qarşı yetərli tədbirlər görmədiyini iddia edib. Tramp eyni zamanda Çinin bu addıma qarşı sərt tədbirlər görməyəcəyinə inandığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
23
olaylar.az

1Sources