EN

Cüdoçularımız Avropa kubokunda

Türkiyənin Antalya şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku keçiriləcək.

İdman.biz xəbər verir ki, Azərbaycan yarışda 16 çəki dərəcəsində təmsil olunacaq.

Mükafatlar uğrunda 53 cüdoçumuz mübarizə aparacaq. Tatamiyə 25 oğlan və 28 qız cüdoçu çıxacaq.

Oğlanlardan ibarət komandaya baş məşqçi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, qızlardan ibarət yığmaya baş məşqçi Elnur İsmayılov və məşqçi İmamverdi Məmmədov rəhbərlik edəcək.

Qeyd edək ki, yarış martın 8-9-da baş tutacaq.

İdman.biz

Chosen
68
12
idman.biz

9Sources