UEFA Azərbaycanın FIFA dərəcəli 3 futzal hakiminə təyinat verib.
Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılov beynəlxalq oyuna yollanacaqlar.
Həmyerlilərimiz futzal üzrə Avropa çempionatı-2026-nin əsas mərhələsinin 3-cü qrupunda Türkiyə və Slovakiya arasında keçiriləcək matçda ədalət prinsiplərini qorumağa çalışacaqlar. Görüş martın 12-də Türkiyənin Erzincan şəhərində gerçəkləşəcək.
Təyinata əsasən, H.Qafarlı qarşılaşmanın birinci, K.Əmiraslanov ikinci, Ə.Cəbrayılov isə üçüncü hakimi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Polşa, Slovakiya və Moldova ilə eyni qrupda yarışan Türkiyə futzalçıları 2 turdan sonra 0 xalla sonuncu pillədə qərarlaşıblar.