EN

Türkiyə HDQ yeni ULAQ insansız katerlərini bu il təhvil alacaq

Türkiyənin “ARES Tersanesi” ve “Meteksan Savunma” şirkətləri ULAQ insansız kater ailəsinin yeni üzvünü inkişaf etdirib.

“Poliqon” xəbər verir ki, bu barədə “Anadolu Agentliyi”nə açıqlamasında “ARES Tersanesi”nin baş direktoru Oğuzhan Pehlivanlı bildirib.

Onun sözlərinə görə, sualtı qayıqlara qarşı döyüş üçün hazırlanmış ailənin yeni üzvü ULAQ 12 ASuW, 12.7 mm-lik uzaqdan idarə olunan silah stansiyası və “Roketsan”ın lazerlə idarə olunan raketləri silahlandırılıb.

Qeyd olunub ki, ilkin sınaqları uğurla tamamlayan 12 metrlik ULAQ 12 ASuW insansız kateri ikinci sınaq fəaliyyətləri bitdikdən sonra cari ilin birinci rübündə Türkiyə Hərbi Dəniz Qüvvələrinə (HDQ) təhvil veriləcək.

Həmçinin ailənin digər üzvü olan ULAQ KAMA insansız katerinin də bu il ərzində Türkiyə HDQ-yə çatdırılacağı bildirilib.

Chosen
35
1
poliqon.az

2Sources