EN

Tramp və Qarbaçovun bütün hərəkətləri oxşardır: ABŞ da SSRİ kimi dağılacaq

ABŞ prezidenti Donald Tramp Sovet İttifaqı Komminist Partiyasının (Sov.İKP) baş katibi və Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) prezidenti Mixail Qorbaçovun amerikalı ekvivalentidir.

Publika.az xəbər verir ki, bu barədə rusiyalı hərbi bloger Yuri Podolyaka "Telegram"da yazıb.

Onun sözlərinə görə, Tramp Konqresə müraciətində yeni heç nə deməyib və onun çıxışında söylədiyi hər şey Qorbaçovun Sovet İKP-nin 27-ci qurultayındakı çıxışını təkrarlayıb. Bunu ölkə üçün ölümcül adlandıran bloger, istehza ilə Amerika liderinə uğurlar arzulayıb.

“Əgər dövrün təfərrüatını və daxili fonunu çıxarsanız, konseptual olaraq eynidir. Mən Trampa “tam uğur” və Qorbaçov kimi nəticə əldə etməyi arzulayıram”, - Podolyak ölkənin dağılmasına eyham vurub.

Chosen
17
publika.az

1Sources