EN

Qəzzanın yenidən qurulması üçün 5 illik "Ərəb planı" hazırlandı

Misir Qəzzanın yenidən qurulması üçün 5 illik "Ərəb planı" hazırlayıb. 53 milyard dollar dəyərində qiymətləndirilən bu plan Qahirədə keçirilən ərəb liderlərinin zirvə görüşündə razılaşdırılıb.

Far.Az haber global-a istinadən xəbər verir ki, planın hesabatına görə, İsrailin Qəzzaya hücumları nəticəsində ümumi maddi ziyan 29,9 milyard dollar təşkil edir. Ən çox mənzil sektoru zərər görüb – 15,8 milyard dollar, bu da ümumi ziyanın 53%-ni təşkil edir. Təxminən 30 min bina zədələnib, onlardan 272 mini tamamilə dağılıb, 58 min 500 mənzil isə qismən zərər görüb.

Səhiyyə sektorunda isə 1,3 milyard dollar həcmində ziyan var, ümumi itkilər 6,3 milyard dollar qiymətləndirilir. Qəzzadakı xəstəxanaların yarısı fəaliyyətini tamamilə dayandırıb, yalnız 17 xəstəxana qismən işləyir. Təhsil sahəsində ümumi ziyan 4 milyard dolları keçir, məktəblərin 88%-i dağılıb, universitetlərin 51 binası yerlə-yeksan edilib.

Ticarət və sənaye sahəsində 5,9 milyard dollar ziyan qeydə alınıb, nəqliyyat sektorunda isə itkilər 2,8 milyard dollar həcmindədir.

Plan çərçivəsində ilk 6 ayda 3 milyard dollar "təcili bərpa" üçün ayrılacaq. 2030-cu ilə qədər, təxminən 3 milyon insanın yaşaya biləcəyi 3 mərhələli infrastruktur və inkişaf planı həyata keçiriləcək.

Sənəddə fələstinlilərin Qəzzadan çıxarılması ilə bağlı istənilən cəhdin qəti şəkildə rədd edildiyi və onların öz torpaqlarında yaşamaq haqqının toxunulmaz olduğu vurğulanıb.

Chosen
8
far.az

1Sources