EN

THY beynəlxalq sərnişin tutumuna görə dünyada ilk üçlükdədir

BAKI, TurkicWorld

Türk Hava Yolları (THY) beynəlxalq sərnişin bazarında 3,4% bazar payı ilə dünyada üçüncü, Avropada isə birinci yerə yüksəlib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, THY yük daşımalarında da ciddi irəliləyiş əldə edib.

2012-ci ildə bu sahədə 1,3% bazar payı ilə 26-cı yerdə olan şirkət, 2024-cü ildə 5,7% bazar payı ilə dünya üzrə üçüncü yerə yüksəlib.

Qeyd edək ki, Türk Hava Yolları son illərdə hava yolları sənayesində qlobal oyunçuya çevrilib. Şirkət dünyanın ən çox ölkəsinə uçan hava yolu şirkəti olaraq 130-dan çox ölkəyə xidmət göstəriərək, 300-dən çox beynəlxalq marşrutla sərnişinlərinə geniş seçim imkanları təqdim edir.

Chosen
31
turkic.world

1Sources