EN

Adəm Məmmədov həbs edildi

Tanınmış vəkil Adəm Məmmədov həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsi bu dəqiqələrdə hökm çıxarıb. 

Hökmə əsəsən vəkil Adəm Məmmədov Cinayət Məcəlləsinin 147.2- ci (böhtan)  və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək ümumilikdə 6 ay müddətində azadlıqdan məhrum edilib.

Eyni zamanda Adəm Məmmədovun qardaşı Xəyyam Məmmədovda həmin maddələrlə təqsirli bilinərək 6 ay müddətinə islah işləri cəzası verilib.

Xüsusi ittihamçı tanınmış vəkil Ceyhun Yusfovun vəkili Asim Abbasov faktı saytımıza təsdiq edib.

Chosen
144
49
qafqazinfo.az

10Sources