EN

Xocavənddə əl qumbarasının partlaması nəticəsində 1 nəfər xəsarət alıb

Bakı. Trend:

2025-ci il 5 mart tarixində Xocavənd rayonunun Sos kəndiərazisində hərbi sursatın partlaması hadisəsi baş verib.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlərNazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA)Mətbuat Xidmətləri məlumat verib.

Füzuli rayonunun Aybasanlı kənd sakini 2002-ci il təvəllüdlüSadıqov Əli Ələhbər oğlu əlində əl qumbarasının partladıcımexanizminin partlaması nəticəsində sol əlindən xəsarətalmışdır.

Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırmaaparılır.

"ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşlarıtəhlükəsizlik qaydalarına riayət etməyə, təhlükəli əşyalaratoxunmamağa, onlara müdaxilə etməməyə, mina təhlükəsi işarələriningöstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərədaxil olmamağa çağırır!, - deyə məlumatda bildirilib.

Məqalədə:
Chosen
28
20
az.trend.az

3Sources