EN

Vəkil Adəm Məmmədov həbs edildi

Vəkil Adəm Məmmədov həbs edilib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  bununla bağlı Nərimanov Rayon Məhkəməsi qərar verib.

Vəkil Asim Abbasovun deyib ki, Adəm Məmmədov vəkil Ceyhun Yusifovun iddiası əsasında Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, məhkəmə onun qardaşı Xəyyam Məmmədov barəsində qərar çıxarıb. Məhkəmə onu 6 ay müddətinə islah işləri cəzasına məhkum edib.

Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədov barəsində vəkil Ceyhun Yusifov məhkəməyə xüsusi ittiham qaydasında ərizə ilə müraciət edib.

İttihama görə, Adəm Məmmədov və qardaşı özlərinə məxsus saytda Ceyhun Yusifovu ağır cinayətdə ittiham edib, ona böhtan atıblar.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27 yanvar tarixli qərarı ilə Adəm Məmmədovun fəaliyyəti 3 ay müddətinə dayandırılıb.

Vəkil Ceyhun Yusifovun fəaliyyəti isə 27 .11.2024 tarixdən 1 illik dayandırılıb.

Chosen
105
7
heftelik.az

9Sources