EN

Yevlaxda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub

Yevlax, 5 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Yevlax Şəhər İcra Hakimiyyətinin və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş ümumşəhər tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dədə Qorqud parkında keçirilən tədbirdə müxtəlif idman növləri və çəki dərəcələrində fəaliyyət göstərən, ölkə və dünya səviyyəli yarışlarda iştirak etmiş idmançılar bacarıqlarını nümayiş etdiriblər.

Sonda bir qrup idmançı fəxri fərman və diplomla təltif olunub.

Chosen
39
azertag.az

1Sources