EN

Professor həbsxanada dünyasını dəyişib

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun professoru, Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin keçmiş direktoru Rövşən Vəliyev (Novruzoğlu) vəfat edib.

XəzərNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu gün həbsxanada dünyasını dəyişib.

Mərhum bu gün torpağa tapşırılıb.

Qeyd edək ki, R.Vəliyev 2023-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə altı il azadlıqdan məhrum edilmişdi.

Professor Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunmuşdu.

Xəbər 2 dəfə oxunub.
Chosen
154
28
xezernews.az

10Sources