Təlim zamanı itən Filippin Hərbi Hava Qüvvələrinə məxsus FA-50 tipli döyüş təyyarəsinin qalıqları tapılıb.
Sitat.info xəbər verir ki, təyyarənin kabinəsində olan iki pilotun həyatını itirdiyi bildirilib.
Rəsmilər Filippin Hərbi Hava Qüvvələrinə məxsus dünən keçirilən təlim zamanı itən FA-50 döyüş təyyarəsinin qalıqlarının tapıldığını və təyyarədəki iki pilotun həyatını itirdiyini açıqlayıb.
Xilasetmə qruplarının dağlıq bölgədə qırıcı təyyarənin qalıqlarını və iki pilotunun cəsədini tapdığı bildirilir.
Aytac,
Sitat.info