EN

Yamal "Barselona"nı razı saldı: Onu transfer etmək üçün

"Barselona"nın super ulduzu Lamin Yamal Kataloniya klubunun rəhbərliyi və baş məşqçisi Hans-Diter Flikdən İspaniya millisindəki komanda yoldaşını transfer etməyi xahiş edib.

Publika.az xəbər verir ki, bu barədə "Elnacional" məlumat yayıb. Söhbət "Athletik"in cinah oyunçusu Niko Uillyamsdan gedir.

Yamal bu məsələ ilə bağlı Fliklə danışıb. O, almaniyalı mütəxəssisə açıq şəkildə Nikonun istedadını və meydanda onunla anlaşmasını nəzərə almalı olduğunu bildirib. Gənc ulduzun sözlərnə görə, Nikonun transferi ilə komanda irəliyə doğru sıçrayış edəcək.

"Barselona" Yamalın istəklərini nəzərə alıb. Klub uzun müddətdir Niko ilə maraqlanır. Onu yayda 60 milyon avroya transfer etməyə çalışacaqlar.

Chosen
21
publika.az

1Sources