EN

İmtahan stessi: Valideynlər də, gagirdlər də bilməlidirlər ki...

“İmtahan sadəcə bizim həyatımızın bir mərhələsidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov deyib.

Onun sözlərinə görə, valideynlər də, şagirdlər də bunu nəzərə almalı və imtahana çox anlam yükləməməlidirlər.

R.Nəbiyev qeyd edib ki, əks halda uşaqlarda olan stressin səviyyəsi yüksəlir.

"Valideynin övladına verdiyi mənəvi, maddi dəstəyi ona bildirərək basqı etməsi yanlışdır. Belə etdikdə valideyn düşünür ki, uşaq vicdan əzabı çəkərək daha yüksək bal yığacaq. Amma bu, yanlış yanaşmadır. Belə yanaşma uşağı başqa problemlərə yönəltməkdir".

Mina Mikayılova

Chosen
22
bakivaxti.az

1Sources