EN

Fransızların 60%-dən çoxu Ukraynaya hərbi yardımın davam etdirilməsini və sülhməramlıların göndərilməsini dəstəkləyir

Fransalı respondentlərin 64%-i Ukraynaya hərbi yardımın artırılmasının (20%) və ya eyni həcmdə saxlanılmasının (44%) tərəfdarıdır. 18 faizi hesab edir ki, yardım azaldılmalı, 17 faizi isə düşünür ki, ümumiyyətlə dayandırılmalıdır.

Herbiand.az bildirir ki, bunu Elabe İnstitutunun BFMTV üçün keçirdiyi sorğunun nəticələri sübut edir.

Ukraynanı dəstəkləməyə davam etmək istəyən fransızların payı 2024-cü ilin iyun ayından etibarən artmağa davam edir. Ancaq hər dörd nəfərdən üçü bunun üçün daha çox vergi ödəməyə razı deyil. Fransa sülhməramlılarının Ukraynaya göndərilməsinə gəlincə, respondentlərin 68%-i müharibə bitməmiş belə bir qərarın “əleyhinə”dir. 67% lehinədir, ancaq sülh sazişi imzalandıqdan sonra.

Bəxtiyar CƏFƏRLİ

Chosen
88
1
herbiand.az

2Sources