EN

Fransızların 60%-i Kiyevə hərbi yardımın davam etdirilməsini dəstəkləyir

Fransalı respondentlərin 64%-i Ukraynaya hərbi yardımın artırılmasının  və ya eyni həcmdə saxlanılmasının tərəfdarıdır. Respondentlərin 18 faizi belə hesab edir ki, yardım azaldılmalıdır. 17 faiz isə yardımın ümumiyyətlə dayandırılmasını istəyir. Bunu Elabe İnstitutunun BFMTV üçün keçirdiyi sorğusunun nəticələri sübut edir.

UNİAN yazır ki, Ukraynanı dəstəkləməyə davam etmək istəyən fransızların sayı 2024-cü ilin iyun ayından etibarən artan xəttlə davam edir. Ancaq hər dörd nəfərdən üçü bunun üçün daha çox vergi ödəməyə razı deyil. Fransa sülhməramlılarının Ukraynaya göndərilməsinə gəlincə, respondentlərin 68%-i müharibə bitməmiş belə bir qərarın “əleyhinə”, 67% isə lehinədir. Qərar ancaq sülh sazişi imzalandıqdan sonra reallaşmalıdır.

Tural

Chosen
65
1
news365.az

2Sources