EN

Kremldən Zelenskinin “danışıqlara hazıram” sözünə REAKSİYA

“Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə danışıqlara hazır olduğunu bildirməsini pozitiv addım kimi dəyərləndirir”.

Turkustan.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, Zelenskinin Moskva ilə danışıqlara qadağa qoyduğu sərəncamının hazırda ən böyük əngəl olduğunu bildirib:

“Biz bunu pozitiv addım hesab edirik, amma məsələ onun məhz hansı formada danışıqlar masasına oturmağa hazır olmasıdır”.

Peskov həmçinin Putin, Tramp və Zelenskinin Minskdə görüşəcəyi ilə bağlı məsələnin hazırda müzakirə edilmədiyini bildirib. Lakin Kremlin mətbuat katibi Minskin Moskvanın danışıqlar aparması üçün optimal meydança olduğunu söyləyib./Globalinfo.az

Chosen
6
50
turkustan.az

10Sources