EN

Tramp Paşinyanı bağışlamadı, “qara siyahı”ya saldı – Səbəb

"Ermənistanın hazırkı hakimiyyətinin ABŞ-la münasibətləri kifayət qədər pisdir. Baş nazir Nikol Paşinyan prezident seçkilərində demokratları dəstəklədiyi üçün Ağ Evin yeni administrasiyasının "qara siyahı"sına düşüb".

Olaylar.az xəbər verir ki, bu barədə "Past" qəzetinin məqaləsində qeyd olunur.

Nəşr yazır ki, Donald Tramp və komandası bu cür addımları qəti şəkildə qəbul etmir:

"ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş zamanı onun seçki kampaniyası müddətində Pensilvaniyaya gedib demokratlara dəstək verməsini xatırlatdı. Bu, əslində Nikol Paşinyan üçün də bir siqnal idi. Vaşinqton son olaraq Ermənistan səfirinin dəyişdirilməli olduğunu dediyi üçün Lilit Maqunts Pensilvaniyaya getdi. Paşinyanın nəinki ABŞ-ın yeni administrasiyası, həmçinin bu ölkədəki erməni cəmiyyətləri ilə də münasibəti çox pisdir. O, yalnız Dövlət Departamentinin rəhbəri Mark Rubio və vitse-prezidentlə müəyyən səviyyədə əlaqə qura bilib.

Erməni Apostol Kilsəsi də Ağ Evin yeni hökuməti ilə yaxşı əlaqə yarada bilib ki, bu da Paşinyan hakimiyyəti üçün təhlükəlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
37
1
olaylar.az

2Sources